“Liverpul” Virtz transferini tamamlayıb
13.06.2025 - 14:18
“Liverpul” Virtz transferini tamamlayıb

Öncədən Florian Virtz ilə prinsipial razılığa gələn “Liverpul”, “Bayer Leverkuzen”lə də anlaşıb.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Yeni mövsümə iddialı başlamaq istəyən mersisaydlılar Almaniya millisinin üzvünü heyətinə qatacaq.

Bu keçid “Liverpul”a bonuslarla birgə 116 milyon funt-sterlinqə başa gələcək.

22 yaşlı hücumçu yaxın günlərdə tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Enfildə uçacaq. Transferin gələn həftə açıqlanması gözlənilir.

Qeyd edək ki “Bayer” yetirməsi olan Virtz 2020-ci ildən əsas komandanın üzvüdür.