"Liverpul" yeni müdafiəçi üçün 47 milyon avro ödəyəcək
18.06.2025 - 09:35

"Bornmut"un sol cinah müdafiəçisi Miloş Kerkez "Liverpul"a keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, klublar transferin bütün şərtləri ilə bağlı razılığa gəliblər.
İddialara görə, “qırmızılar” "Bornmut"a 47 milyon avro ödəyəcək.
Artıq futbolçunun özü ilə də razılıq əldə olunub.
21 yaşlı futbolçu ötən mövsüm "Bornmut"un heyətində 41 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
0
0