"Liverpul" yeni transferini açıqladı - 40 milyon avroya
06.08.2026 - 12:40
İngiltərə təmsilçisi "Liverpul" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Mersisayd klubu İspaniyanın "Osasuna" komandasında çıxış edən Viktor Munyosu transfer etdiyini rəsmən açıqlayıb.
"Liverpul" 23 yaşlı cinah oyunçusunun keçidi üçün La Liqa təmsilçisinə 40 milyon avro ödəyib.
0
0