"Liverpul"a 40 milyonluq ispan: 6 illik müqavilə
18.06.2026 - 03:17
“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Apasport.az xəbər verir ki, mersisaydlılar “Osasuna”nın vingeri Viktor Munyosla şəxsi şərtlərdə razılıq əldə edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 22 yaşlı ispaniyalı futbolçu ilə 2032-ci ilin yayına qədər müqavilə imzalanacağı gözlənilir.
“Liverpul”un transfer üçün “Osasuna”ya 40 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Munyos ötən mövsüm “Osasuna”nın heyətində 36 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0