"Liverpul"un heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Alisson Bekerdən sonra Mersisayd təmsilçisinin ikinci qapıçısı Giorgi Mamardaşvili də sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gürcüstanlı qolkiper Premyer Liqanın 33-cü turunun "Everton"la matçında (2:1) zədələnib. 25 yaşlı "əlcək sahibi" təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Liverpul" Giorgi Mamardaşvilini 2024-cü ilin yayında "Valensiya"dan 30 milyon avroya transfer edib. Gürcüstan millisinin üzvü bu mövsüm "qırmızılar"In heyətində meydana çıxdığı 18 oyunda 29 qol buraxıb.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”