"Liverpul"da ayrılıq səsləri: KYEZA HEYƏTDƏ YER ALMADI
21.07.2025 - 11:44
"Liverpul"da ayrılıq səsləri: KYEZA HEYƏTDƏ YER ALMADI

"Liverpul"da ayrılıq baş verməyə yaxındır.

Apasport.az xəbər verir ki, Federiko Kyeza komandanı tərk etmək üzrədir.

Klubun açıqladığı heyətdə futbolçunun adı yer almayıb.

O, mersisaydlıların qarşıdakı oyunlarında iştirak etməyəcək. 27 yaşlı italiyalı Asiya turu çərçivəsində “Milan” (26 iyul) və “Yokohama” (30 iyul) klubları ilə keçiriləcək yoldaşlıq görüşlərində iştirak etməyəcək.

"Liverpul"un digər oyunçularının artıq Yaponiyaya uçduğu bildirilir.

Qeyd edək ki, Kyeza hazırda "Napoli" variantını nəzərdən keçirir. O, yenidən İtaliyaya qayıtmaq niyyətindədir.