"Liverpul"dan "Bayer"ə - RƏSMİ
02.07.2025 - 13:30
"Liverpul"dan "Bayer"ə - RƏSMİ

Almaniya Bundesliqası təmsilçilərindən "Bayer" növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, komanda "Liverpul"un müdafiəçisi Cerel Kuansanı heyətinə qatıb.

Bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı ingiltərəli ilə 5 illik müqavilə imzalanıb. "Bayer" bu keçid üçün qarşı tərəfə 35 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Kuansa "Liverpul"un yetirməsi olub. O, mersisaydlıların heyətində meydana çıxdığı 58 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.