"Liverpul"un Frimponq planı
23.09.2024 - 23:56
"Liverpul"un Frimponq planı

"Liverpul"da ayrılıq baş verməyə yaxındır.

Apasport.az xəbər verir ki, klub Trent Aleksander-Arnoldla vidalaşmağa hazırlaşır.

Mövsümün sonunda futbolçunun müqaviləsi başa çatır. Artıq mersisaydlılar ona əvəzləyici tapıb.

İngiltərə təmsilçisi "Bayer"in müdafiəçisi Ceremi Frimponqla maraqlanır. 

Qeyd edək ki, Frimponq bu mövsüm Leverkuzen klubunun heyətində 7 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

0