"Liverpul"un hücumçusu "Barselona"ya keçə bilər
15.05.2024 - 11:14

"Liverpul"un hücumçusu Luis Diaz hələ də La Liqa təmsilçilərindən "Barselona"nın maraq dairəsindədir.
Apasport.az "Mundo Deportivo" nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi transferi yayda yekunlaşdırmağa hazırlaşır.
27 yaşlı kolumbiyalı Kataloniya nəhənginin əsas hədəflərindən biridir. Onun transfer qiyməti 75 milyon avro olaraq qiymətləndirilir.
Cari mövsümdə kolumbiyalı Premyer Liqada 36 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Diazla "qırmızılar"la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
- Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"
0
0