"Liverpul"un ilk transferi Rabio ola bilər
22.08.2024 - 15:27
Hazırda azad agent statusuna sahib olan ulduz futbolçu Adrien Rabio "İnter", "Atletiko Madrid", "Bavariya" ilə danışıqlar aparsa da, nəticə əldə olunmamışdı.
Apasport xarici KİV-ə istinadən xəbər verir ki, fransız futbolçunu "Liverpul" heyətinə qata bilər.
Mövsümə Arne Slot ilə başlayan və hələ ki, heç bir transferə imza atmayan Premyer Liqa klubu 29 yaşlı futbolçu üçün hərəkətə keçib.
Qeyd edək ki, ötən mövsüm "Yuventus"un heyətində 35 matça çıxan yarımmüdafiəçi 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0