“Liverpul”un sabiq futbolçusu karyerasını baş vurdu
25.06.2025 - 17:42
“Liverpul”un sabiq futbolçusu karyerasını baş vurdu

İngiltərə millisi və “Liverpul”un sabiq üzvü Adam Lallana karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama verib.

37 yaşlı yarımmüdafiəçi son olaraq bu mövsüm Premyer Liqanı tərk edən “Sauthempton”da çıxış edib.

Qeyd edək ki, Lallana karyerası ərzində bir dəfə UEFA Çempionlar Liqası, bir dəfə İngiltərə Premyer Liqası və FIFA Klublararası Dünya Çempionatının qalibi olub.