“Liverpul”un sabiq futbolçusuna yeni müştəri
04.09.2024 - 00:27
“Liverpul”un sabiq futbolçusuna yeni müştəri

"Roma" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi Joel Matiplə maraqlanır.

"Liverpul"dan ayrıldıqdan sonra klubsuz qalan müdafiəçi özü də transfer olunmağa razıdır. Lakin o, son qərarını vermək üçün "canavarlar"dan zaman istəyib.

Qeyd edək ki, Matip ötən mövsüm cəmi 14 matçda meydana çıxıb.

 

0