Rumıniya millisinin 80 yaşlı baş məşqçisi Mirça Luçesku məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib.
Apasport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
“Son məşqdən əvvəl keçirilən texniki iclas zamanı baş məşqçi Mirça Luçesku özünü pis hiss edib. Komandanın tibbi heyəti dərhal ona yerində ilkin yardım göstərib. Təcili tibbi yardım xidmətinə müraciət edildikdən sonra məşq bazasına iki təcili yardım briqadası göndərilib. Həkimlərin operativ müdaxiləsi nəticəsində baş məşqçinin vəziyyəti qısa müddətdə stabilləşib.
Hazırda baş məşqçinin vəziyyəti sabitdir. Lakin mövcud tibbi protokollara uyğun olaraq və hər hansı riskləri istisna etmək məqsədilə Mirça Luçesku paytaxtdakı xəstəxanaya aparılıb. Burada onun hərtərəfli müayinəsi və ixtisaslaşdırılmış nəzarəti təmin olunacaq”, – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Luçesku 2024-cü ildən Rumıniya millisinə rəhbərlik edir.
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki