ABŞ təmsilçisi "İnter Mayami"nin uruqvaylı futbolçusu Luis Suarez millidəki karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə mətbuata açıqlamasında məlumat verib:
"Bu addımı düşündüm. Məncə, bu, ən uyğunudur. Son oyunumu rahat, yüngül oynamaq istəyirəm. Mən meydançaya çıxıb 2007-ci ildə olduğu kimi oynayacam".
Onun millidəki son oyunu sentyabrın 7-də Paraqvay millisinə qarşı olacaq.
Qeyd edək ki, Suarez Uruqvay millisində 137 oyun keçirib. O, yığmanın heyətində 68 qol vurub, 39 məhsuldar ötürmə edib. 2011-ci ildə millinin tərkibində Amerika Kubokunun qalibi olub.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab