Lukaku "Napoli" yolunda
19.08.2024 - 11:38
Premyer Liqa təmsilçilərindən "Çelsi"nin hücumçusu Romelu Lukaku tezliklə Antonio Konte ilə yenidən bir araya gələ bilər.
Apasport.az xəbər verir ki, "Napoli" belçikalını Viktor Osimhenin əvəzedicisi kimi görür.
İnsayder Fabrizio Romanonun məlumatına görə, İtaliya klubu Lukaku ilə müqavilə imzalamağa yaxınlaşır.
Artıq “Çelsi” rəsmi təklif alıb və danışıqların əsas mərhələsi davam edir.
Məlum olduğu kimi, London klubu Osimhenlə maraqlansa da, sövdələşmələrin bir-biri ilə əlaqəsi yoxdur.
Qeyd edək ki, Lukaku və Konte daha öncə "Çelsi"nin heyətində bərabər çalışıblar.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0