"Napoli"nin hücumçusu Romelu Lukaku yenidən "qara zolağ"a düşüb.
Apasport.az xəbər verir ki, o, mövsümün sonuna qədər komandadan kənar qala bilər.
32 yaşlı belçikalı mart ayında bud iltihabı xəstəliyini müalicə etmək üçün Antverpenə səfər edib. Lakin bu addımı atmaq üçün klubdan icazə almayıb.
"Napoli"nin mətbuat xidməti artıq mümkün sanksiyaları açıqlayıb.
Oyunçunun gələcəyi baş məşqçi Antonio Konte və idman direktoru Ciovanni Manna ilə danışıqlardan sonra müəyyənləşəcək. Hücumçu böyük ehtimalla məşqlərdən kənarlaşdırılacaq.
Həmçinin klub futbolçunu yay transfer pəncərəsində satmağı planlaşdırır.
Qeyd edək ki, Lukaku 2024-cü ilin yayından "Napoli"də çıxış edir.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!