“Çelsi”nin hücumçusu Romelu Lukakunun “İnter”ə keçidi həll olunub.
Apasport.az saytının məlumatına görə, transferin detalları da müəyyənləşib.
Anlaşmaya görə, ulduz futbolçunun icarə əsasında heyətə cəlb edilməsi italyanlara 8 milyon avroya başa gələcək. London təmsilçisi oyunçunun performansına görə daha 4 milyon avro bonus əldə edə bilər. Lukaku maaşının 12 milyon avrodan 8 milyona endirilməsinə razılıq verib.
Bir ildən sonra isə Belçika millisinin üzvü “zadəganlar”a qayıdacaq. Yəni sözləşmədə onu birdəfəlik transfer etmək bəndi yoxdur. Lukaku artıq gələn həftə Milana yollanaraq tibbi müayinədən keçəcək, ardından isə müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Romelu Lukaku “Çelsi”yə ötən ilin yayında məhz “İnter”dən keçib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”