Mahir Emrelinin komandasında baş məşqçi dəyişikliyi – “Rakuv” seçim etdi
01.09.2026 - 17:57
Mahir Emrelinin komandasında baş məşqçi dəyişikliyi – “Rakuv” seçim etdi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubunda baş məşqçi dəyişikliyi gerçəkləşib.

Apasport.az xəbər verir ki, Ekstraklasa təmsilçisinin sükanı David Şulçekə tapşırılıb.

O, bu vəzifədə David Kroçeki əvəzləyib. Şulçek daha əvvəl “Rakuv”da köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, “Rakuv” Polşa çempionatında keçirdiyi ilk 4 oyunun hamısında məğlub olub. David Kroçek isə bu vəzifəyə may ayında təyin edilmişdi.