Mahirsiz “Nürnberq” çempionatda qalib gəldi
17.02.2025 - 00:20

Bu gün Almaniya ikinci Bundesliqasında XXII turun daha bir neçə oyunu keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” “Ulm”la qarşılaşıb.
Matç Emrelinin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin vingerinin adı heyətə daxil edilməyib.
Qeyd edək ki, “Nürnberq” 34 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
0
0