Maksi Qomez İspaniya yolunda
24.08.2024 - 13:26
"Trabzonspor"la yollarını ayıran Maksi Qomezin yeni ünvanı bəlli olmaq üzrədir.
Apasport.az İspaniya mətbuatına xəbər verir ki, "Sportinq Xixon" uruqvaylı ulduzun xidmətində maraqlıdır.
Ötən mövsümü icarə əsasında "Kadiz"də keçirmiş Qomez də karyerasına İspaniyada davam etməyə isti yanaşır.
Qeyd edək ki, daha əvvəl "Selta" və "Valensiya"nın da formasını geyinmiş 28 yaşlı hücumçu Qara dəniz təmsilçisinin heyətində 35 matç keçirib, 7 qol vurub.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0