Malendən het-trik, "Roma"dan 3 xal - VİDEO
11.04.2026 - 09:37
İtaliya A Seriyasında 32-ci turun oyunlarına dünən start verilib.
Apasport.az xəbər verir ki, turun açılış matçında "Roma" "Stadio Olimpiko"da "Pisa"nı qəbul edib.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Malenin het-triki "Roma"ya 3 xal qazandırıb.
Qeyd edək ki, "Roma" 57 xalla 6-cı, "Pisa" isə 18 xalla sonuncu pillədə yer alıb.
İtaliya A Seriyası
32-ci tur
"Roma" - "Pisa" 3:0
Qollar: D.Malen, 3, 43, 52
0
0