Mamardaşvili “Liverpul” yolunda
17.08.2024 - 13:24
La Liqa təmsilçilərindən “Valensiya”nın qapıçısı Georgi Mamardaşvili “Liverpul”a keçəcək.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında müqavilə imzalandıqdan dərhal sonra gürcü futbolçu “Bornmut”a icarəyə gedəcəyi üçün o, mersisaydlılara yalnız gələn il qoşulacaq.
Mamardaşvili ötən mövsüm “Valensiya”nın heyətində 37 oyun keçirib, 41 qol buraxıb və 13 matçda qapısını toxunulmaz saxlayıb.
“Liverpul” Premyer Liqanın yeni mövsümündə ilk oyununu bu gün “İpsviç”ə qarşı keçirəcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0