“Mançester Siti” futbolçusunu icarəyə verib
03.08.2024 - 14:32
“Mançester Siti”nin müdafiəçisi Yann Kouto Dortmund “Borussiya”sına keçib.
Apasport.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu gələn ilin iyun ayının sonuna kimi icarəyə götürülüb. Müqaviləyə 25 milyon avroluq satınalma şərti daxildir.
Kouto ötən mövsüm “Jirona”da icarə əsasında çıxış edib. Braziliyalı müdafiəçi İspaniya çempionatında 34 matçda iştirak edib, 1 qol vurub, 9 məhsuldar ötürmə verib.
“Borussiya” Almaniya Bundesliqasının son mövsümündə turnir cədvəlini 5-ci pillədə başa vurub.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0