“Mançester Siti” gedə bilər
09.07.2022 - 00:36
“Mançester Siti” daha bir futbolçusu ilə yollarını ayıra bilər.
Apasport.az saytının məlumatına görə, müdafiəçi İssa Kabore Premyer Liqanın başqa klubuna keçmək üzrədir.
“Şəhərlilər” 21 yaşlı sağ cinah müdafiəçisi üçün “Nottingem Forest”in 20 milyon avroluq təklifini rədd etsə də, “Sauthempton”un təklifi daha cəlbedici görünür. Hazırda “Sauthempton”la “Mançester Siti” arasında danışıqlar davam edir. Burkina fasolu oyunçunun bu komandaya keçidi istisna edilmir.
Qeyd edək ki, İssa Kabore ötən mövsüm icarə əsasında “Trua”da çıxış edib.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0