“Mançester Siti” heyətini dünya çempionu Enzo Fernandezlə gücləndirib.
Apasport.az xəbər verir ki, İngiltərə klubu argentinalı yarımmüdafiəçinin “Çelsi”dən transferini rəsmən açıqlayıb.
Fernandez yeni komandası ilə 5 illik – 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
"Şəhərlilər” 25 yaşlı futbolçu üçün 125 milyon funt sterlinq – təxminən 145 milyon avro ödəyib.
Beləliklə, Fernandez Mançesterdə daha əvvəl “Çelsi”də birlikdə çalışdığı baş məşqçi Enzo Mareska ilə yenidən bir araya gəlib.
Qeyd edək ki, argentinalı yarımmüdafiəçi ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlər üzrə 54 oyunda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.
O, Argentina millisi ilə DÇ-2022-nin qalibi olub, DÇ-2026-da isə finala yüksəlib.