"Mançester Siti"nin ulduzu mövsümü başa vurub
24.09.2024 - 10:11
"Mançester Siti"nin ulduzu mövsümü başa vurub

Premyer Liqanın 5-ci turunda baş tutan "Mançester Siti" - "Arsenal" (2:2) matçında zədələnən Rodrinin vəziyyəti açıqlanıb. 

Apasport.az ESPN-ə istinadla xəbər verir ki, Rodrinin sağ dizində ön çarpaz bağ yırtığı aşkar edilib.

İspan futbolçunun mövsümü başa vurduğu bildirilir. 

Qeyd edək ki, Rodri bu mövsüm Pep Qvardiolanın komandası ilə 3 matçda iştirak edib. 

0