"Mançester Siti"nin yeni transfer hədəfi
23.12.2024 - 18:21

"Mançester Siti" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub hücum xəttinə yeni futbolçu axtarışlarına start verib.
"Şəhərlilər" bu mövqeyə Məhəmməd Kudusu transfer etməyi planlaşdırırlar. Mançester təmsilçisi keçid üçün 80 milyon avro ödəməyə hazırdır.
Lakin "Vest Hem" qanalı ilə yollarını ayırmaq niyyətində deyil. Londonlular yalnız daha yuxarı məbləğ təklif olunarsa, transfer barəsində düşünəcək.
Qeyd edək ki, "Vest hem" Məhəmməd Kudusu ötən ilin yayında "Ayaks"dan transfer edib.
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
- Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"
0
0