"Mançester Yunayted" PSJ-nin ulduzunu istəyir
21.08.2024 - 22:03

"Mançester Yunayted" PSJ formasını geyinən Manuel Uqarteni heyətinə qatmaq istəyir.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" bu transfer üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.
Paraqvaylı futbolçunun ingilislərin heyətinə icarə əsasında keçidi də baş tuta bilər.
Qeyd edək ki, PSJ yarımmüdafiəçini ötən sezon Portuqaliyanın "Sportinq" klubundan rənglərinə bağlamışdı. 23 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində 37 oyuna çıxıb, 3 dəfə rəqib qapılarına yol tapıb.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0