“Mançester Yunayted”in acınacaqlı halı - “qızıl top” üçün əzəli rəqibdən xahiş ediblər
28.10.2024 - 00:29
“Mançester Yunayted”in acınacaqlı halı  - “qızıl top” üçün əzəli rəqibdən xahiş ediblər

"Mançester Yunayted" rəhbərliyi maraqlı bir addım atıb.

Apasport.az xəbər verir ki, klub Kobbi Maynu və Alexandro Qarnaçonun "Qızıl top"un təqdimat mərasiminə qatılması üçün "Mançester Siti"yə müraciət edib.

Buna səbəb "qırmızı şeytanlar"ın maliyyə xərcləri olub. "Yunayted" oyunçuları özləri ilə aparmasını "mavilər"dən xahiş edib.

Lakin "şəhərlilər" şəxsi təyyarələrində 8 futbolçunun olacağını və daha çox oyunçu tutumunun mümkün olmadığını əsas gətirərək qarşı tərəfin təklifini rədd edib.

Qeyd edək ki, "Qızıl top"un təqdimat mərasimi sabah baş tutacaq.

0