
"Mançester Yunayted"in braziliyalı ulduzu Antoninin adı bir müddətdir Super Liqa təmsilçilərindən "Fənərbaxça" ilə hallanır.
Apasport.az xəbər verir ki, 24 yaşlı fubolçu bu yay Premyer Liqa klubundan ayrılmayacaq. Bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Təcrübəli mütəxəssis "Antoni - "Fənərbaxça" xəbərlərində həqiqət yoxdur", - deyə vurğulayıb.
Braziliyalı futbolçunun ingilis nəhəngi ilə 3+1 illik müqaviləsi var.
Onun “Ayaks”dan “Mançester Yunayted”ə transferi 2 il əvvəl 95 milyon avroya baş tutub.
Qeyd edək ki, Antoni bu mövsüm İngiltərə Premyer Liqasında cəmi 1 dəqiqə meydanda olub.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?