"Mançester Yunayted"lə oyun öncəsi "Fənərbaxça"da ciddi itki
21.10.2024 - 17:58

Türkiyə Super Liqa nəhənglərindən "Fənərbaxça" zədəli futbolçuları ilə bağlı məlumat yayıb.
Apasport.az xəbər verir ki, klubun mətbuat xidməti Cengiz Ünder və Ceydon Ostervoldenin zədəsi ilə bağlı açıqlama verib.
Niderlandlı futbolçunun sol dizində ön çarpaz bağ yırtığı, Cengiz Ünderin isə sağ qasıq əzələsinin vətər qovşağında qismən yırtıq aşkarlanıb.
Ostervolde gələn həftə əməliyyat üçün Niderlanda yollanacaq.
Qeyd edək ki, "Fənərbaxça" oktyabrın 24-də "Mançester Yunayted"i qəbul edəcək.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
0
0