Mane "Əl-Nəsr"i icarə əsasında tərk edə bilər
20.08.2024 - 12:30
Mane "Əl-Nəsr"i icarə əsasında tərk edə bilər

“Əl-Nəsr”in hücumçusu Sadio Mane tezliklə klubu tərk edə bilər.

Apasport.az xəbər verir ki, Mane mövsümün sonuna qədər icarə əsasında “Əl-İttihad”a keçə bilər.

32 yaşlı forvardın "Əl-Nəsr"lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt" portalı futbolçunu 15 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, seneqallı ötən ilin avqustunda "Bavariya" ilə yollarını ayırdıqdan sonra Səudiyyə Ərəbistanına köçüb.

0