“Liverpul”un hücumçusu Sadio Mane “Bavariya”ya keçməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, Seneqal millisinin forvardı Almaniya çempionu ilə şəxsi müqaviləni razılaşdırıb.
Tərəflər arasında anlaşmaya əsasən, Mane münhenlilərlə 3 illik sözləşmə bağlayacaq. Artıq klublar arasındakı danışıqlar da son mərhələdədir. “Bavariya” bu transfer müqabilində ingilislərə 35+5 milyon avro təklif edib. 30 yaşlı oyunçu “Bavariya”ya keçmək istədiyindən, “Liverpul” bu keçidə mane olmayacaq.
Qeyd edək ki, Sadio Mane ötən mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb, 23 qol vurub, 2 məhsuldar ötürmə verib.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək