Mane Türkiyədə çıxış edəcək?
11.04.2026 - 11:27
Seneqal milli komandasının kapitanı Sadio Mane karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş”dan sonra “Başakşəhər” də 33 yaşlı vingeri heyətinə qatmaqda maraqlıdır.
“Əl-Nəsr”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər Mane Türkiyədə oynamaq niyyətindədir. O, mövsümün sonuna yaxın yekun qərarını verəcək.
Qeyd edək ki, Sadio 2023-cü il avqust ayından Səudiyyə-Ərəbistanı klubunda çıxış edir. O, “Metz”, “Zaltsburq”, “Southempton”, “Liverul” və “Bavariya”da çıxış edib.
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
- “Qarabağ”, “Neftçi”, "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - AFİŞA
- KL: “Zirə” Sumqayıtda Estoniya klubuna qarşı – YENİLƏNİR
0
0