İngiltərə Premyer Liqa təmsilçilərindən "Mançester Siti" Omar Marmuşun keçidini tamamlamağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, "Mançester Siti"nin bu həftə Omar Marmuşla müqavilə imzalayacağı gözlənilir.
"Şəhərlilər" Marmuş üçün “Ayntraxt”a 70 milyon avro ödəniş edəcək.
Qeyd edək ki, Marmuş bu mövsüm "Ayntraxt Frankfurt" forması ilə bütün turnirlərdə 26 matça çıxıb, 20 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb. Misirli futbolçunun Bundesliqa təmsilçisi ilə hazırkı müqavilə müddəti 2027-ci ilə qədərdir.
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
- Hans-Ditr Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir”