Marselo peşəkar karyerasını başa vurub
06.02.2025 - 16:52
![Marselo peşəkar karyerasını başa vurub](https://ww3.apasport.az/storage/news/2025/february/06/big/67a4b024a30c767a4b024a30c8173884624467a4b024a30c567a4b024a30c6.jpg)
Braziliyalı futbolçu Marselo karyerası ilə bağlı yekun qərarını verib.
Apasport.az xəbər verir ki, 36 yaşlı sol cinah müdafiəçisi peşəkar karyerasını başa vurub. Təcrübəli oyunçu bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
Marselo "Fluminense"nin yetirməsidir. Ulduz futbolçu karyerası ərzində "Real" (2007-2022) və "Olimpiakos"da (2022-2023) da çıxış edib. O, son olaraq yenidən "Fluminense"yə qayıdıb. Müdafiəçi ötən ilin noyabr ayından klubsuz idi.
Qeyd edək ki, Marselo Braziliya millisinin heyətində 2006-cı ildə debüt edib və yığmada keçirdiyi 58 rəsmi matçda 6 qol vurub.
0
0