
"Fənərbaxça"nın sabiq futbolçusu Allan Saint-Maximin klubda yaşadığı qalmaqallı hadisələrlə bağlı ciddi ittihamlar səsləndirib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən fransalı futbolçu, Türkiyə təmsilçisində olarkən dopinqə məruz qalmaq təhlükəsi ilə üzləşdiyini bildirib:
“Fənərbaxça"da vəziyyət o qədər ciddiləşdi ki, mənə dopinq verməyə cəhd etdilər. Bu kimi hadisələr haqqında açıq danışmaq olmur, çünki dərhal sizi təhdid edirlər. Əgər danışsanız, "sənə bunu edərik" deyirlər".
Futbolçunun bu açıqlamaları geniş rezonans doğurub və Türkiyə mətbuatında ciddi müzakirələrə səbəb olub.
"Fənərbaxça" rəhbərliyi isə hələlik iddialarla bağlı hər hansı rəsmi mövqe bildirməyib.