Mbappe “Monako”ya 35 milyon qazandırdı
24.05.2022 - 00:34
Kilian Mbappenin PSJ ilə müqavilə imzalanmasından “Monako” da qazanacaq.
Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi yeni anlaşma üçün “Knyazlıq klubu”na 35 milyon avro ödəyəcək.
Bu, 23 yaşlı hücumçunun keçidi ilə bağlı müqavilənin şərtlərinə əsasən mümkün olub. Belə ki, həmin sənəddə bu məbləğin Mbappe başqa kluba keçəcəyi və ya PSJ ilə anlaşmanı uzadacağı halda “Monako”ya çatması barədə bənd yer alıb.
Qeyd edək ki, PSJ Kilianı 2017-ci ildə sonradan almaq öhdəliyi ilə icarəyə götürüb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
1
0