İtaliyanın "Milan" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi "Feyenoord"da çıxış edən Santiaqo Ximenezi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya təmsilçisi oyunçu üçün "Feyenoord"a 30+5 milyon avro ödəniş edib.
"Milan" futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, "Feyenoord" Santiaqo Ximenezi 2022-ci ilin yayında ölkəsinin "Krus Asul" klubundan transfer edib. Meksika millisinin üzvü bu mövsüm Roterdam təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.