Mertens İtaliyaya qayıtmaq istəyir
21.05.2025 - 16:37
Türkiyənin “Qalatasaray” komandası 2024-2025-ci illər mövsümünün sonunda futbolçusu Dris Mertenslə yollarını ayıracaq.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, növbəti mövsüm üçün heyətdə düşünülməyən hücumçu İstanbul nəhəngi ilə vidalaşacaq.
Belçikalı oyunçu “cim-bom”un heyətində Türkiyə çempionu (3), ölkə kuboku (1) və Superkubokun (1) qalibi olub.
İddiaya görə, 38 yaşlı forvard karyerasının son 1 ilini İtaliyada keçirmək istəyir.
Qeyd edək ki, Dris Mertens 2022-ci ildən “Qalatasaray”da çıxış edir.
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
- Arda Güler mövsümü başa vurdu: DÇ-DƏ ÇIXIŞ EDƏ BİLƏCƏK?
0
0