Messi Argentina klubuna keçmək istəyir
26.09.2024 - 12:57
Messi Argentina klubuna keçmək istəyir

Argentinalı hücumçu Lionel Messinin “İnter Mayami”dəki gələcəyi məlum olub.

Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu ABŞ təmsilçisi ilə sözləşməsini uzatmayacaq. Bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Messinin “İnter Mayami”dən ayrılıb, ölkəsinə – “Nyuells Old Boys”a qayıdaraq karyerasını bitirməyi düşündüyü bildirilir.

2004-2021-ci illərdə “Barselona”da çıxış edən Messi daha sonra PSJ-yə keçib və burda iki il oynayıb. Argentinalı futbolçu 2023-cü ilin avqustundan “İnter Mayami”də çıxış edir.

0