Messi ilə komanda yoldaşı olacaq
17.07.2025 - 21:02

“İnter Mayami” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, MLS təmsilçisi “Atletiko”dan Rodriqo De Paulu transfer etməyə yaxındır.
Rodriqonun “İnter Mayami” ilə razılaşdığı və 4 illik müqavilə imzalayacağı bildirilir.
ABŞ klubunda Rodriqonun Argentina yığmasından komanda yoldaşı Lionel Messi çıxış edir.
0
0