Ulduz futbolçu Lionel Messi İspaniyanın "Kornelya" klubunun yeni sahibi olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"İnter Mayami"nin futbolçusu İspaniyanın səviyyəcə 5-ci divizionu olan Tersera Federasiyonda çıxış edən klubun səhmlərinin 100 faizini satın alıb.
Qeyd edək ki, "Kornelya" Kataloniyada yerləşir və gənc futbolçuların inkişafına önəm verən klub kimi tanınır.
Müxtəlif illərdə komandanın sistemindən David Raya, Jerar Martin, Keyta Balde və Jordi Alba kimi futbolçular keçiblər.
Messi Alba ilə həm “Barselona”, həm də "İnter Mayami"də birgə çıxış edib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!