Messi və Suarez dubl etdi, "İnter Mayami" qələbə qazandı - VİDEO
29.05.2025 - 09:57

Amerika çempionatında XVI turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, "İnter Mayami" "Montreal"ı məğlub edib - 4:2.
Lionel Messi dubl ilə yadda qalıb. Bu, Messinin cari MLS mövsümündə ilk dubludur.
Luis Suares də "Montreal"la oyunda 2 qol vurub.
Messi 27 və 87-ci, Suares 68 və 71-ci dəqiqədə rəqib qapısına yol tapıb.
0
0