Messidən unikal nailiyyət
20.06.2025 - 08:13
Messidən unikal nailiyyət

Lionel Messi növbəti dəfə matçın ən yaxşı oyunçusu seçilib.

Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçunun klublararası dünya çempionatının "Portu" ilə matçının 54-cü dəqiqəsində cərimə zərbəsindən vurduğu qol "İnter Mayami"yə 2:1 hesablı qələbə qazandırıb.

Final fitindən sonra argentinalı matçın ən yaxşı oyunçusu adına layiq görülüb. Messi 2003-cü ildə peşəkar futbolda debüt etdiyi vaxtdan indiyədək 395 belə mükafat qazanıb.

Qeyd edək ki, iyunun 24-də dünya çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində “İnter-Mayami” “Palmeyras”la qarşılaşacaq.