Braziliya millisinin hücumçusu Neymar DÇ-2026-nın finalında İspaniyaya uduzan Argentina yığmasının kapitanı Lionel Messi barədə danışıb.
Apasport.az xəbər verir ki, braziliyalı futbolçu finaldan sonra Messinin göz yaşlarının onu çox üzdüyünü bildirib:
“Onun ağladığını və gözlərindəki yaşları görmək çox ağır idi. İstəyirdim ki, Dünya kubokunu qazansın və karyerasını bu kubokla başa vursun. Onun adına həqiqətən çox pisəm”.
Qeyd edək ki, Argentina millisi DÇ-2026-nın finalında İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə məğlub olub. Ferran Torres 106-cı dəqiqədə vurduğu qolla ispanlara dünya çempionluğunu qazandırıb.