Messinin məhsuldarlığı komandasının qələbə qazanmasına kömək etmədi
23.02.2025 - 11:20
Messinin məhsuldarlığı komandasının qələbə qazanmasına kömək etmədi

MLS-də mövsümə start verilib.

Apasport.az xəbər verir ki, Lionel Messinin formasını geyindiyi “İnter Mayami” “Nyu-York Siti” ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Messi matçda iki məhsuldar ötürmə ilə yadda qalıb. Qolları Tomas Alives və Telasko Seqoviya vurub. Rəqibdə isə Mitya İleniç və Alonso Martines fərqlənib.