“Milan” 17 yaşlı futbolçunu transfer etdi
20.06.2022 - 19:57
“Milan” “Kork Siti”nin müdafiəçisi Katal Heffernanı transfer edib.
Apasport.az xəbər verir ki, “rossonyerlər” rəsmi sayt vasitəsilə bu keçidi açıqlayıb.
A seriyasının çempionu yanvarda 17 yaşlı mərkəz müdafiəçisini icarəyə götürmüşdü. İrlandiyalı bu müddətdə daha çox əvəzedici heyətdə oynayıb və əsas komanda ilə məşqlərdə iştirak edib. “Milan”da məşqçilər korpusu tərəfindən bəyənilən Heffernanı rəhbərlik birdəfəlik almaq qərarına gəlib.
Qeyd edək ki, Katal Heffernan İrlandiyanın U-18 yığmasının üzvüdür.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0