"Milan" Fofana transferini tamamlayıb
17.08.2024 - 18:48
"Milan" gözlənilən transferi tamamlayıb.
Apasport.az xəbər verir ki, Seriya A klubu Youssuf Fofananı heyətinə qatıb.
İtalyanlar 4 illik müqavilə imzaladıqları futbolçu üçün "Monako"ya bonuslar daxil 25 milyon avro ödəyəcək.
Qeyd edək ki, 25 yaşlı Fofana karyerası ərzində 221 matça çıxıb, 12 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0