Milli komanda 2025-ci ildə də ona tapşırıldı - Rəsmi
02.01.2025 - 13:11
Milli komanda 2025-ci ildə də ona tapşırıldı - Rəsmi

Futbol üzrə Moldova milli komandasının baş məşqçisi Sergey Kleşenkonun müqavilə müddəti uzadılıb.

Apasport.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssisin milli ilə müqavilə müddəti 2024-cü il dekabrın 31-nə qədər idi.

Yeni müqaviləyə əsasən moldovalı mütəxəssis 2025-ci il noyabrın 30-na qədər millini çalışdıracaq.

0